Putin Bakıdan qayıdan Lukaşenkoya zəng edib

Prezidentlər Qarabağ münaqişəsinin nizamlanması mövzusunda fikir mübadiləsi aparıblar
Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb. Media1.az AYNA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Telefon danışığı zamanı liderlər ikitərəfli gündəmi müzakirə ediblər.
“Rusiya-Belarus müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edildi”, – deyə məlumatda qeyd edilib.
Bununla yanaşı, tərəflərin Qarabağ münaqişəsinin nizamlanması mövzusunda da fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, A.Lukaşenko 2 gün idi ki, Azərbaycanda səfərdə idi. Belarus lideri Bakıda Prezident İlham Əliyevlə görüşüb, mətbuata birgə bəyanatlarla çıxış ediblər. Lukaşenkonun səfəri dünən axşam saatlarında başa çatıb.