27 May 2024

Prezidentdən mədəniyyət nazirinin müavinləri ilə bağlı FƏRMAN

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Media1.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.