20 İyul 2024

Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşlərinin cədvəli açıqlanıb

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşlərinin cədvəli dərc olunub.

Musavat.com xəbər verir ki, bu barədə Birliyin rəsmi səhifəsində müvafiq məlumat dərc olunub.
Bu gün, mayın 13-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) Şarl Mişel Nikol Paşinyanla görüşəcək.

Sabah, mayın 14-də saat 09:00-da (Bakı vaxtı ilə 11:00) Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev bir araya gələcək. Saat 13:00-da (Bakı vaxtı ilə 15:00) isə hər üç liderin iştirtakı ilə üçtərəfli görüş keçiriləcək.