Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.