27 İyul 2024

Prezident Asif Əsgərlini təltif edib

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri, Milli QHT Forumunun vitseprezidenti Asif Əsgərli Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Biz də Media1. az adından yüksək mükafat münasibətilə Asif müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzu edirik.