24 Dekabr 2024

Peşə Təhsili üzrə Dövlət Agentliyində 155 nəfər namizəd imtahan olunub

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun II mərhələsi baş tutub

Ötən gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsi baş tutub. Ümumilikdə iki seansdan təşkil olunan mərhələdə 155 nəfər namizəd 90 dəqiqə ərzində təhsil, peşə və əmək qanunvericiliyi, həmçinin idarəetmə və məntiq üzrə 60 sualı cavablandırıblar. Namizədlər imtahan sonunda ekranda test nəticələri ilə tanış olma imkanı əldə ediblər.

Media1.az Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki,  növbəti mərhələyə keçid nəticələrinin həftə sonunadək elan edilməsi nəzərdə tutulur. Nəticələr həm müraciətçilərin şəxsi kabinetlərində yer alacaq və həmçinin mesaj vasitəsilə qeydiyyat nömrələrinə təqdim ediləcək.

Ötən gün təşkil edilən müsabiqənin test imtahanı mərhələsi karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil edilib.

 Xatırladaq ki, peşə təhsili müsəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün 14-21 aprel tarixləri müddətində Respublika üzrə ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub, onlardan 257 nəfəri II mərhələyə keçid imkanı əldə edib. II mərhələyə qatılan iştirakçılardan 76 nəfəri kişi, 79 nəfəri qadın olub.