01 Mart 2024

Pedaqoq Aytən Babayeva: “Şagirdlərimin yüksək nəticələri məni çox xoşbəxt edir”

– Aytən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

– Babam müəllim olduğu üçün hər zaman ona baxıb həvəslənirdim. Bu arzu məndə uşaqlıqdan bəri olub. Nə yaxşı ki, arzuma çatdım və müəllim oldum.

– Neçə ildir ki, bu sahədə çalışırsınız?

– Artıq altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

– Öz sahəniz üzrə hansı işlər icra edirsiniz?

– Daima yeniliklər axtarışındayam. Öz üzərimdə daima çalışıram. İşlədiyim müddətdə bir çox təlimlər və seminarlara qatılmışam. Hələ də öyrənməyə davam edirəm. İşlədiyim müəssisədə öz fənnimi yaxşı icra etməklə yanaşı bildiklərimi şagirdlərimə tətbiq edirəm. Onların uğurlarını görmek mənə stimul verir. Hazırlaşdırdığım şagirdlərin nəticələri isə hər zaman yüksək olub. Onu da qeyd edim ki, təhsil adamı və ilin ən yaxşı müəllimi nominasiyası üzrə mükafata layiq görülmüşəm.

– Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

– Daha çox məktəbəqədər və ibtidai siniflər üzrə müraciətlərin olur.

– Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

– Valideynlərin bəzən aşırı dərəcədə təlaşlı olmaqlarına və şagirdlərin öyrənməməli olduğu nüansları da bilməyə Vadar etmələrinə “yox” deyirəm.

– Xarakter olaraq necə birisiniz?

– Səbrli, anlayışlı, hər zaman öz üzərimdə çalışan, güclü biriyəm.

– Ailəlisinizmi?

– Xeyr, ailəli deyiləm.

– Oxuculara nə məsləhət görürsünüz?

– Nəyi xəyal edirsinizsə, onu məqsədə çevirin və bunun üçün çox çalışın. Ümid edirəm, çox çalışdığınız hər bir arzunuz gerçəkləşəcək.

– Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, bu qədər uğur və sevgi qazanaram. Şagirdlərimin yüksək nəticələri məni çox xoşbəxt edir və mənə daha da əzmlə çalışmağa təkan verir. Vətənimə yararlı, savadlı və vətənpərvər övladlar yetişdirdiyim üçün çox xoşbəxtəm.

Əlaqə nömrəsi: (010) 316 18 17

Instagram: mektebeqeder__hazirliq

Stimulxəbər.az

Pedaqoq Aytən Babayeva: "Şagirdlərimin yüksək nəticələri məni çox xoşbəxt edir"