27 İyul 2024

Paşinyandan Rusiya ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Ermənistan hökuməti Rusiyanın bir sıra telekanalları tərəfindən ölkə ərazisində yayım haqqında sazişin bəzi bəndlərinin pozulması hallarını qeydə alıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

O, xüsusilə dövlətin daxili işlərinə qarışmağı və ölkə daxilində siyasi sabitliyi pozmağı qadağan edən müddəalara diqqət çəkib. Paşinyanın sözlərinə görə, son bir neçə ayda Ermənistanın dövlət qurumları bu tələblərin yerinə yetirilməsi ilə bağlı müəyyən problemlər qeydə alıb.

Nikol Paşinyan bununla bağlı Rusiya tərəfi ilə müzakirə aparacaqlarını bildirib.