27 İyul 2024

İsrail məhv edilmiş HƏMAS-ın yeraltı tunellərinin sayını açıqladı

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin HƏMAS radikal hərəkatının yeraltı tunellər şəbəkəsinin bir hissəsi olan 400-ə yaxın mədəni məhv edib.

Bu barədə ordunun mətbuat xidmətinin rəsmi teleqram kanalında dərc olunan məlumatda deyilir.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağının şimal-şərqində yerləşən Beyt Hanun şəhərində qruplaşmanın bir neçə tunelini dağıdıb. Yaşayış binasının içərisində yeraltı tikililər aşkar edilib. (baku.ws)