27 İyul 2024

Paşinyan və Blinken QARABAĞDAN danışdı

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı həmsöhbətlər Qarabağdakı humanitar vəziyyəti, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müdafiəsi ilə bağlı gündəlikdəki məsələləri müzakirə ediblər.

Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri, regional təhlükəsizlik və Ermənistan-ABŞ ikitərəfli gündəliyindəki məsələlər də müzakirə edilib.