20 İyul 2024

Separatçı ermənilərin itkiləri ilə bağlı YENİ MƏLUMAT – 300… və daha 300…

Azərbaycanın mərkəzi hakimiyyətinə asi olan silahlı separatçıların itkiləri ilə bağlı ən müxtəlif məlumatlar dolaşır.

Musavat.com bildirir ki, bəzi mənbələr 1000, bəziləri 500, bəziləri isə 2000 asi erməninin lokal antiterror tədbirləri nəticəsində neytrallaşdırıldığını iddia edirlər.

Separatçı xuntanın “özünə deputatı” Nella Qriqoryan isə bu gün həmin iddiaları yeniləyib. Onun yaydığı məlumatlara görə, Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı döyüşən separatçı quldurların 300 nəfəri ölüb, 300-ə yaxını isə itkin düşüb. Say və hesablama davam edir.