19 Aprel 2024

Özbəkistan: məktəblərdə vals rəqsi qadağan edilib

Özbəkistanda orta məktəb məzunlarının “son zəngi” zamanı keçirilən təntənəli tədbirlərdə vals rəqsi oynamaq qadağan edilib.

Musavat.com NeMolchi-yə istinadən xəbər verir ki, Özbəkistandakı məktəblərdən birinin şagirdi son zəngdə vals rəqsinə qadağa qoyulduğunu bildirib.

Məktəbli qız anonim şəkildə fonda yazıb ki, o, sinfi ilə bir aydan artıqdır ki, rəqsi məşq edir və bu yaxınlarda rəqslərin olmayacağı barədə onlara məlumat verilib.

“Məktəbimizdə vals rəqsini qadağan etdilər, çünki yuxarıdan gələn bu əmr, bizə deyildiyi kimi, bizim “mentalitetimizə” uyğun gəlmir”, – məzun qeyd edir.

O, qeyd edib ki, o, “Avropa məktəbi” sayılan təhsil müəssisəsində oxuyur.

“Mən sadəcə olaraq nə baş verdiyini başa düşə bilmirəm. Əvvəlcə vals rəqsinə qarşı çıxanları cərimələyirlər, sonra özləri də bu fikirdə olurlar”, -məzun qız yazıb.

Nova24.uz xəbər verir ki, Təhsil Nazirliyinin bu barədə rəsmi qadağası yoxdur.

Bundan əvvəl xəbər verilmişdi ki, özbək imam bu cür rəqslərdən sonra heç kimin o qızlarla evlənməyəcəyini deyib.