27 İyul 2024

Nikol Paşinyan Rusiyaya gedib

Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, qeyri-rəsmi sammit 2 gün davam edəcək. Toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.