Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib – FOTO
![](https://media1.az/wp-content/uploads/2022/12/1672048310960860666_1000x669.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-2” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.