23 Dekabr 2024

Nikol Paşinyan istefa verəcəyi tarixi açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprel ayının son 10 günü ərzində vəzifəsindən istefa verəcəyini bildirib.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bunu o, parlamentdəki bu günkü “hökumət saatı” vaxtı açıqlayıb.

“Protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan qruplar isə öz namizədlərini açıqlamayacaq, “Mənim addımım” qrupu məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək” – deyə N.Paşinyan izah edib.