27 İyul 2024

Nigeriya prezidenti ölkənin bütün səfirlərini geri çağırıb

Nigeriya prezidenti Bola Tinubu Nigeriya diplomatik missiyalarında vəziyyəti təhlil etdikdən sonra ölkənin bütün dövlətlərdəki səfirlərinin geri çağırılması barədə göstəriş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq bəyanat şənbə günü prezident administrasiyasının X (əvvəllər Twitter) sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Prezident Bola Tinubu dünya üzrə bütün səfirlərin tutduqları vəzifələrdən geri çağırılması barədə göstəriş verib”, – məlumatda deyilir.

Baş Assambleyanın qarşıdan gələn iclası ilə əlaqədar yalnız Nigeriyanın Nyu-York və Cenevrədəki BMT-dəki daimi nümayəndələri geri çağırılmayacaq.