Nazir Ukraynada təhsil alan azərbaycanlı tələbələrin durumundan DANIŞDI

“Ukraynada olan azərbaycanlı tələbələrin mövcud problemləri ilə Azərbaycanın müvafiq qurumları məşğul olurlar”.
media1.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, həmin tələbələrin problemləri hazırda bütün dövlət qurumlarının diqqətindədir.
Nazir qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən bu məsələlər kommunikasiya edilir: “Təhsil Nazirliyi onlara dəstək verir”.