23 Fevral 2025

Nazir: “Hər il 400-ə yaxın şəxs xaricdə təhsil ala biləcək” – VİDEO

“Dörd il ərzində hər il 400 nəfərə yaxın şəxs xaricdə təhsil ala biləcək”.

media1.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Nazir bildirib ki, 2 min nəfərədək şəxs qeyd edilən müddətdə təhsilini xaricdə davam etdirəcək:

“Ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək”.

O əlavə edib ki, tələbələrin xaricdə təhsil alması sentyabr ayından mümkün olacaq:

“Artıq tələbələr təhsil üçün müraciət edə bilərlər”.https://www.youtube.com/embed/ZUB3jwq7FK4