Müəllimlərin işə qəbulu imtahanının məzmununda dəyişiklik ediləcək
“Bu il 50 mindən artıq namizədlərin müəllimlərin işə qəbulu prosesində iştirakını gözləyirik. Təxminən 8000-9000 minə yaxın şəxsin iş yeri ilə təmin edilməsi planlaşdırılır”.
“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu da bəzən narazılıqlar yaradır: “Müsabiqə o deməkdir ki, bir qisim insan qalib gələcək, digərləri isə iş yeri qazana bilməyəcək. Məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir”.