27 İyul 2024

Meksikada həbsxanada iğtişaş: Ölənlərin sayı 19-a çatıb

Meksika mətbuatında çıxan xəbərə görə, Çihuahua əyalətindəki Xuarez həbsxanasının 3 saylı Dövlət Sosial Reinteqrasiya Mərkəzində baş verən iğtişaşda ölənlərin sayı artır.

Media1.az xarici mətbuata istinadən bildirir ki, Çihuahua Əyaləti Baş Prokurorluğundan verilən açıqlamada 10 mühafizəçi və 9 məhbusun həyatını itirdiyi, 27 məhbusun isə qaçdığı bildirilib.

Təhlükəsizlik qüvvələri ilə qaçmaq istəyən məhbuslar arasında baş verən qarşıdurmada 3-ü mühafizəçi olmaqla 13 nəfərin yaralandığı bildirilib.