27 İyul 2024

Mədəniyyət naziri Adil Kərimli Zaqatalada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 6 mart tarixində saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Zaqatala şəhəri, Car küçəsi küçəsi, 1) Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 4 mart 2024-cü il tarixinə qədər Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin shaki-zaqatala@culture.gov.az elektron poçt ünvanı, (024) 244-74-93 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

#Azərbaycan#MədəniyyətNazirliyi#mədəniyyət#vətəndaşqəbul#qəbul