27 İyul 2024

Bərdənin mədəniyyət müəsisələrində “Xocalı faciəsi”qurbanlarının xatirəsi yad olunub

Fevralın 26-da Xocalı faciəsinin 32-ci il dönümü ilə bağlı olaraq Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdədə fəaliyyət göstərən mədəniyyət müəssisələrində kütləvi tədbirlər təşkil edilib.

Media1.az-ın xəbərinə görə Bərdə rayon Mədəniyyət Məkəzi Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbi ilə birgə teatrallaşdırılmış ədəbi – bədii kompozisiya təqdim ediblər.

Tədbirdə Vətənimizin azadlğı və müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunmuş, Xocalı hadisələri haqqında kədərli xatirələrdən danışılmışdır. Xocalı hadisələrinə həsr olunmuş şerlər və musiqi parçaları səsləndirilmişdir.