Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin həcmi açıqlanıb
2022-сi ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 9,6 mln. manat vəsait ödənilib.
Bu barədə “İki sahil”ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,0 mln. manat və ya 0,1% daha çox vəsait xərclənməsi deməkdir.