08 Sentyabr 2024

Kreml Vladimir Zelenskinin görüşmək təklifinə məhəl qoymadı

“Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenski tərəfindən Donbasda görüşmək təklifi barədə məruzə edilib. Lakin çətin ki, dövlət başçısı bu təşəbbüslə tanış olsun”.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Kremlin sahibi bütün gecəni Federal məclisə edəcəyi müraciət üzərində çalışıb və onun digər məsələlərə vaxtı olmayıb.

“Əgər onun tanış olmağa zamanı tapılsa mütləq bu barədə xəbər ediləcək”,-deyə Dmitri Peskov vəziyyəti bu cür izah edib.

Rusiya rəsmisinin sözlərinə görə prezident Zelenski görüş barədə konkret təkliflərlə çıxış etməlidir.
Vladimir Zelenskinin təşəbbüsünə rusların radikal partiya rəhbəri Vlaidmir Jirinovski ənənəvi olaraq təhqiramiz formada cavab verib.

O, Ukrayna prezidentinə belə bir hüquq verilmədiyini, özünün isə komandası ilə birlikdə “heç kim” olduğunu söyləyib.