Koronavirusun yayılmasının pik nöqtəsi BU VAXT OLACAQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb.
Media1.az-ın istinad etdiyi Trend-in məlumatına görə, baş direktor bildirib ki, dünya əhalisi yaxın zamanda koronavirusun yayılmasının pik nöqtəsinə çatacağının şahidi olacaq. Yoluxma və ölüm halları artmağa davam edir, buna görə də tezliklə maksimal rəqəmlər ortaya çıxacaq:
“Dünyada həftəlik yeni yoluxma hallarının sayı son iki ayda təxminən iki dəfə artıb və bütün pandemiya dövründə gördüyümüz ən yüksək yoluxma sayına yaxınlaşır”.