22 Oktyabr 2024

İranın xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Cavad Zərifin səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.

Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında müzakirələr aparılacaq.