24 Dekabr 2024

İlham Əliyev: “Regionda münaqişədən sonrakı vəziyyəti ətraflı müzakirə etdik”

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında regionda münaqişədən sonrakı vəziyyəti ətraflı müzakirə etdiklərini bildirib.

“Regionda münaqişədən sonrakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli sazişə riayət etməsini, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını gözləyirik”, – deyə dövlət başçısı bəyan edib.