27 İyul 2024

İH yanında İctimai Şura üzvləri təbiblərlə görüşüb

Mayın 3-4-də Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri TƏBİB-in Bərdə bölməsində olublar.

ATVFM.LİVE-in xəbərinə görə görüşdə İctimai Şuranın sədri Rzaqulu Şərifov, Şuranın katibi Aydın Zeynalov, Şura üzvləri Etibar xanım Hüseynova, Rafiq Hüseynov, İkram Ziyadov, Musa Muradlı iştirak edib.

Səhiyyə işçiləri ilə görüşdə xəstəxananın direktoru Vüsal Məmmədov qonaqları salamlayıb. Sonra ictimai şura üzvlərini həkim kollektivinə təqdim edib.

İctimai Şura üzvləri çıxış edərək təmsil etdikləri qurum haqqında məlumat veriblər. Bildiriblər ki, İctimai Şura ” İctimai iştirakçılıq haqqında ” qanuna əsasən təşkil edilib. Qarşıya qoyulan məqsəd dövlət orqanlarında şəffaflığın təmin edilməsinə xidmət edir.

Qeyd edilib ki, hazırkı görüş tanışlıq xarakteri daşıyır. Gələcəkdə birgə əməkdaşlıq sayəsində səhiyyədə vətəndaşlara xidmətin yüksəldilməsi , neqativ halların aradan qaldırılması mümkündür.

Sonda səhiyyə işçiləri ilə İctimai Şura üzvləri birgə şəkil çəkdiriblər.

Musa Muradlı- İctimai Şura mətbuat xidmətinin rəhbəri