25 Aprel 2024

Hirkan meşələri bu il UNESCO-nun Təbii İrs Siyahısına daxil edilə bilər

Hirkan meşələri Azərbaycanın UNESCO-ya təqdim etdiyi ilk transsərhəd nominasiyasıdır. Həmin nominasiyanın UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi ilə bağlı yekun iclas keçirilib. Hazırda son mərhələdir. Yəni aidiyyəti bütün sənədlər təqdim olunub, həmçinin qarşı tərəfin də etiraz etməməsi ilə bağlı bildirişlər almışıq. Son mərhələdə sərhədlərin müəyyənləşdirilməsi kimi zəruri sənədlər təqdim olunub. Bu il ərzində müsbət nəticə əldə edəcəyimizə inanırıq.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib .

“Bundan əlavə, Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu və ZaqatalaBalakən biosfer rezervatı ilə də bağlı beynəlxalq layihələr davam edir. Rezervatın qoruqdan fərqli olaraq vətəndaşlar üçün daha açıq və əlçatan olması nəzərdə tutulub. Həmin ərazilər iqtisadi-sosial inkişafa da müsbət təsir göstərir. Yəni həm təsərrüfatyönümlü olur, həm də təbiətin mühafizəsi həyata keçirilir”, – deyə F.Əliyev qeyd edib.//AZƏRTAC