27 İyul 2024

Azərbaycanda yeni Milli Park yaradılır

Acınohur gölünün, İlisu dövlət yasaqlığı və Axarbaxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması nəzərdə tutulur.

Media1.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, hazırda sənədlər aidiyyəti orqanlara təqdim olunması üçün toplanılır.