24 Fevral 2025

Hindistanda sel fəlakətində ölənlərin sayı artıb

Təbii fəlakət nəticəsində ən az 125 nəfərin öldüyü deyilir

Hindistanın Maharaştra əyalətində musson yağışlarının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 125-ə çatıb.

Media1.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın qərbində musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələri nəticəsində yaranmış vəziyyət ged-gedə ağırlaşır.

Maharaştra əyalətindəki təbii fəlakət nəticəsində ən az 125 nəfərin öldüyü deyilib. Hökumət təbii fəlakətin baş verdiyi bölgədən təxminən 90 min insanın təxliyə edildiyini açıqlayıb. Xilas edilənlər arasında xəstəxanaya yerləşdirilənlərin olduğu bildirilib. Həmçinin köməksiz qalan insanlar üçün də təxliyyə işlərinin davam etdiyi açıqlanıb.

Hindistan Baş naziri Narendra Modi açıqlamasında həyatını itirənlər üçün kədərləndiyini dilə gətirərək, Maharaştradakı vəziyyəti yaxından izlədiyini və zəzər çəkmişlərə kömək edildiyini deyib.