27 İyul 2024

HƏMAS İsrailə raket zərbəsi endirdi- Döyüşlər bərpa olundu

İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmi olaraq elan edib.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. 

Məlumatda bildirilir ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında döyüşləri bərpa edib.

Qeyd olunub ki, dekabrın 1-i səhər saatlarında HƏMAS İsrailə raket zərbəsi endirib.

Xatırladaq ki, noyabrın 24-dən noyabrın 30-dək tərəflər arasında humanitar atəşkəs elan olunmuşdu. Bu müddət ərzində girov və əsir mübadiləsi keçirilib.