26 İyul 2024

Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub. 

Media1.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı İbrahim Rəisi ilə söhbəti zamanı tərəflər Qəzza zolağındakı vəziyyət, fələstinlilərə yardımın göstərilməsi və atəşkəsin yaradılması istiqamətində atılan addımları müzakirə ediblər.

Türkiyə lideri təsdiqləyib ki, İran və Türkiyə Qəzzada müvəqqəti atəşkəsin daimi olması üçün birgə səylərini davam etdirəcəklər.