25 Aprel 2024

Hakan Fidan Qara dənizin demilitarizasiyasına çağırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsindən danışarkən Qara dənizin demilitarizasiyasına çağırıb.

“Report” xəbər verir ki, o, çağırışını martın 15-də Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.

“Qara dənizi silahlardan azad etməliyik”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, müharibələrdən əvvəl Qara dənizdə sakitlik hökm sürürdü:
“Müharibədən sonra isə hərbləşmə başladı. Biz Rusiya-Ukrayna müharibəsində “Taxıl saziş”inə nail olduq. Taxıl və digər malların Qara dəniz vasitəsilə daşınmasına şərait yaradılmalıdır. Regionda Qara dənizin rolu itməməlidir. Hərbləşmə region ölkələr üçün təhlükəlidir”.