25 Aprel 2024

Hakan Fidan: Azərbaycan və Ermənistan indi sülh müqaviləsinə çox yaxındır

Biz beynəlxalq qaydalara söykənən sistem yaratmalıyıq. Cənubi Qafqazda Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk qrupu 30 il danışıqlara cəlb olunmuşdu. ATƏT isə münaqişəni həll etmək əvəzinə, danışıqları uzatmağa çalışırdı. Beləliklə, Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə antiterror tədbirləri zamanı Azərbaycan ərazi bütövlüyünü təmin etdi.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.

Türkiyə XİN-in rəhbəri Azərbaycanın və Ermənistanın indi sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb. Nazir, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyinə etiraz etdiyini də diqqətə çatdırıb.