25 Fevral 2024

Göyçə mahalının Basarkeçər rayonunun kənd icma sədrləri ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun kənd icma sədrləri və nümayəndələri ilə görüş keçirilmişdir.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, tədbir iştirakçıları öncə dekabrın 6-da Türkiyədə dəhşətli zəlzələdən həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək tədbir iştirakçılarına İcmanın fəaliyyəti və qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Tədbirdə Basarkeçər rayonunun Hüseynquluağalı kəndindən Şirazi İbrahimov, Canəhməd kəndindən Anatoli Orucov, Babacan kəndindən Hacı Loğman, Sətənəxaç kəndindən Lütviyar Nəsibov, Zərzibil kəndindən Zülfüqar Əhmədov, Qoşabulaq kəndindən Alay Quluyev, Böyük Qaraqoyunlu kəndindən Tahir Kərimov, Ağkilsə kəndindən “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər və b. çıxış etmişlər.

1e536fb4-47c1-462d-b119-1b7da00570b7.jpg (81 KB)

Sətənəxaç kənd icmasının sədri Lütviyar İmanov müəllifi olduğu “Göyçə mahalı II Dünya savaşında” kitabını tədbir iştirakçılarının hər birinə hədiyyə etmişdir.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənov, şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli, İcmanın Göyçə mahalı üzrə koordinatoru İman Məmmədov iştirak etmişlər.