24 Fevral 2025

Fələstinin Əmək Nazirliyinin binası yerlə-yeksan olub

İsrailin hücumu nəticəsində nazirliyin binası tamamilə dağılıb, yaxınlıqdakı evlərə ziyan dəyib

İsrail Hava Qüvvələri Fələstinin Qəzza zolağındakı Əmək Nazirliyinin binasını bombalayıb.Bu barədə Media1.az TASS-a istinadən xəbər verir.

“Qəzza şəhərinin mərkəzindəki Əl-Saura küçəsindəki bombardman nəticəsində Əmək Nazirliyinin binası tamamilə dağıdıldı. Sosial İnkişaf Nazirliyinin ofisinə və anbarlarına, yaxınlıqdakı evlərə ciddi ziyan dəydi”, – deyə Fələstin hökumətinin Mətbuat Xidmətinin katibi Salama Maaruf jurnalistlərə bildirib.

Qeyd edək ki, mayın 10-dan etibarən İsrail və Fələstin qrupları, HƏMAS da daxil olmaqla qarşılıqlı raket hücumları həyata keçirirlər. Qarşıdurmalar və kütləvi hücumlar nəticəsində ən az 200 nəfərin öldüyü, təxminən 600 nəfərin yaralandığı qeyd edilir. Qurbanların deyilən saydan daha çox ola biləcəyi bildirilir.