Ermənistan-İran arasındakı Mehri gömrüyü bağlanıb
Buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb
Media1.az xəbər verir ki, Ermənistanla İran arasında fəaliyyət göstərən Mehri gömrüyü bağlanıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
Məlumata görə, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.
“Nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın əmri ilə bağlanıb. Göstərişin verilməsinin səbəbi məlum deyil”, – məlumatda vurğulanıb.
Komitə isə hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.