22 Aprel 2024

Ərdoğan Türkiyədə Prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalyada Kəpəz Turqut Özal İdman Salonunun qarşısında keçirilən Antalya Kollektiv Açılış Mərasimində çıxış edərkən deyib.

Ərdoğan Prezident seçkiləri mövzusuna da toxunub: “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”.