19 Aprel 2024

ABŞ bundan sonra “TÜRKİYƏ” deyəcək – Rəsmən ELAN EDİLDİ

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Vaşinqtondakı səfirliyinin tələbi ilə rəsmi yazışmalarda “Turkey” əvəzinə “Türkiyə” sözündən istifadə edəcəklərini açıqlayıb.

Media1.az xəbər verir ki, Pays Türkiyə səfirliyinin ölkə adının bu şəkildə istifadə edilməsini ilə bağlı tələbini qəbul etdiyini bəyan edib.

“Bu dəyişiklik ABŞ Coğrafi Adlar Şurası tərəfindən təsdiqlənib” – o bildirib.

ABŞ Dövlət Departamentinin bütün platformalarında adların istifadəsi üçün bir proses həyata keçirdiyini ifadə edən Prays ABŞ ictimaiyyətinə daha asan olması üçün “Turkey” ve “Republic of Turkey” (Türkiyə Cümhuriyyəti) adlarının da istifadəsinə icazə verildiyini qeyd edib.

Xatırladaq ki, rəsmi Ankaranın tələbindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) 2022-ci il iyunun 1-də ölkə adının “Turkey” əvəzinə “Türkiyə” kimi istifadə edilməsinə icazə verib.