25 Oktyabr 2024

Ərdoğan Putinlə BU TARİXDƏ görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə xarici KİV Türkiyə rəsmilərinə istinadən bildirib.

R.T.Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.

Prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin sentyabrın ayın 4-də Rusiyaya gedəcəyi və Soçidə V.Putinlə bir araya gələcəyi bildirilmişdi.