27 İyul 2024

Ərdoğan 9-cu dəfə baba oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Bayraktar, ikinci dəfə ana olub.

Prezident Ərdoğan Süməyya-Səlçuk Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.

Türkiyə prezidenti Ərdoğan nəvəsi və qızının sağlıq durumu haqqında məlumat alandan sonra uşağın adını yeni doğulan körpənin qulağına oxuyub .

Balaca nəvəyə Asım Özdəmir adı verilib.

Onu da qeyd edək ki, Prezident Ərdoğanı xəstəxana ziyarətində həyat yoldaşı Əminə Ərdoğan müşayət edib.

Əlavə edək ki,9-cu dəfə baba olan Ərdoğanın qızı Esra- Berat Albayrak cütlüyündən 4, oğlu Bilal- Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.

II Qarabağ müharibəsində bayraktarları ilə Azərbaycana böyük töhfələr vermiş Baykar şirkətinin sədri Səlcuk Bayraktarda X sosial şəbəkə üzərindən sevincini belə bölüşüb.”Həmd olsun yaradan və əsirgəyən Rəbbimizə. Övladımız Asim Özdəmir Bayraktar Bazarertəsinin səhərində dünyaya gəldi. Rəbbimizə şükürlər olsun ki, körpə və ananın sağlamlığı yerindədir.” – deyə o vurğulayıb.