27 İyul 2024

Eksprezidentin kiçik qardaşı dünyasını dəyişib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev dünyasını dəyişib.

Media1.az -ın xəbərinə görə bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aidos Ukibay sosial şəbəkədəki səhifəsində yazıb: “70 yaşında, uzun sürən xəstəlikdən sonra Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Abişeviç Nazarbayev vəfat edib.”- yazaraq eksprezidentin kiçik qardaşının ölümünü təsdiqləyib.

Onu da qeyd edək ki, Noyabrın əvvəlində Qazaxıstan mətbuatı keçmiş prezidentin kiçik qardaşının Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyini bildirmişdi.

Əlavə olaraq bildirək ki, 1953-cü ildə Şamalgan kəndində anadan olan Bolat Nazarbayev son olaraq “BN Invest” holdinqinin rəhbəri vəzifəsində çalışıb. “Salikalı Urpak” xeyriyyə fondunu təsis edib.