27 İyul 2024

Əfqanıstanda təyyarə qəzaya uğrayıb: 6 nəfərdən ikisi sağ qalıb

Əfqanıstan ərazisində qəzaya uğrayan Falkon 10 təyyarəsindəki sərnişinlərdən dördü sağdır. Bu barədə Rosaviasiya Rusiya Federasiyasının Əfqanıstandakı səfirliyindən aldığı məlumatda bildirib.

Qeyd olunur ki, axtarış tədbirləri sayəsində qəzaya uğrayan təyyarə tapılıb.

“İlkin məlumatlara əsasən təyyarənin göyərtəsində olan altı nəfərdən dördü sağdır (onların bədənlərində müxtəlif xəsarətləri var), iki nəfərin taleyi aydınlaşdırılır”, – Federal Hava Nəqliyyatı Agentliyinin açıqlamasında deyilir.