22 Aprel 2024

Dünyanın ən güclü orduları açıqlandı: Azərbaycan siyahıda neçəncidir?

Hər il dünyanın ən güclü ordularının siyahısını təşkil edən Amerikanın Global Firepower şirkəti 2023-cü ilin siyahısını açıqlayıb.

Media1.az xəbər verir ki, siyahı təşkil edildiyi zaman orduların hərəkət qabiliyyəti, eləcə dözümlülük kimi faktorlar diqqətə alınıb.

Bəs Azərbaycan dünyanın ən güclü orduları siyahısında neçəncidir?

Sıralamada ölkəmiz 57-ci sırada qərar tutub. Qeyd edək ki, şirkətin 2022-ci ildə təşkil etdiyi sıralamada Azərbaycan 67-ci sırada ikən son bir ildə 10 pillə irəliləməsi ordumuzun güclənməsindən xəbər verir.

Qardaş Türkiyə isə siyahıda 11-ci yerdə möhkəmlənib.

Dünyanın ən güclü orduları siyahısında Amerikanın birinci, Rusiyanın ikinci və Çinin isə üçüncü olduğu siyahıda Ermənistan isə 94-cü yerdədir.