19 Aprel 2024

Dərslik kitabı işıq üzü görüb

Azərbaycanın Naxçıvan bılgəsində aqrar sektorun daim inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının becərilməsinin, istehsalının və emalının innovativ üsullar əsasında təşkili müasir dövrdə aktual problemlərdəndir. Bölgədə meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün genişləndirilməsi prioritet sahələrdəndir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında üç eyni adlı “2012-2015, 2016-2020 və 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bölgədə aqrar sektorun müasir tələblər səviyyəsində dinamik inkişafını təmin etməklə, əhalinin meyvə-tərəvəz və üzüm məhsulları ilə daha dolğun təchiz olunmasına, nəticədə kənd əhalisinin maddi-rifah halının daha da yüksəldilməsinə müsbət təsir göstərməkdədir. Muxtar respublikada meyvəçili, tərəvəzçilik və üzümçülük sahələrin innovativ əsaslarla genişləndirilməsi, genofondun tədqiqi, tətbiqyönümlü sortların seçilərək əkin dövrüyyəsinə daxil edilməsi, aqrotevniki qulluq işlərinin təkmilləşdirilməsi, sahələrdən yüksək maddi gəlirin əldə olunması üçün müvafiq mütəxəssislərin hazırlanması və elmi əsasların yaradıılması zərürətini ortaya qoymuşdur. Bu baxımdan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Bioresurslar İnstitutunda ”Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev, baş elmi işçi dosent Loğman Bayramov və Azərbaycan Aqrar Universitetinin “Bağçılıq” kafedrasının baş müəllimi, dosenti Hüseyn İdrisovun həmmüəllif olduqları “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamendal dərs vəsaitinin işıq üzü görməsu mühüm elmi-praktiki əhəmiyyətə malikdir.  Müvafiq dövlət proqramlarını əhatə edən “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı dərslik kitabı giriş və meyvəçilik, tərəvəzçilik, üzümçülük ixtisasları üzrə 3 bölmədən ibarətdir. Dərs vəsaitində nüvafiq fəsillər üzrə becərilən ayrı-ayrı sortlar haqqında məlumatlar, həmçinin rəngli fotoşəkillər verilmişdir. Dərslik kitabında Naxçıvan bölgəsinin aqrar sektorunda meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün inkişaf tarixi, problemləri, müasir vəziyyəti, perspektivləri, becərilən sortların biologiyası və aqrotexnikası haqqında elmi və praktiki məlumatlar yer almışdır. Həmçinin, kitabda muxtar respublika üzrə meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün sistematikası, genofond tərkibi, xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri, geniş becərilən tətbiqyönümlü sortlar haqqında elmi məlumatlar işıqlandırılmışdır. Nəşr edilən dərs vəsaitindən Azərbaycan Dövlət Aqrar Universitetinin, Naxçıvan Dövlət Universitetinin müvafiq kafedralarında, həmçinin aqraryönümlü təhsil müəssisələrinin bakalavır, magistir pilləsində çalışan professor, müəllim, təhsil alan tələbələr, həmçinin meyvəçilik, tərəvəzçilik, üzümçülük üzrə elmi işçilər, kənd təsərrüfatı mütəxəssisləri, fermer təsərrüfatı ilə məşğul olan sahibkarlar, fərdi torpaq sahibləri, aqronomlar və digər şəxslər  istifadə edə bilərlər.

2023-cü ilin ilk ayında nəşr edilən “Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı fundamental dərs vəsaiti müvafiq ixtisaslar üzrə yeni yüksək ixtisaslı aqronom kadrların hazırlanmasında, həmçinin meyvə, tərəvəz və üzüm məhsullarının innovativ üsullarla artırılması üçün sort seçiminin aparılmasında, bu  elmi əsasların yaradılmasında mühüm elmi-praktiki əhəmiyyətə malikdir.

Maqsud Qurbanov,
AMEA-nın müxbir üzvü, professor