13 May 2024

DAK təmsilçiləri şəhid Xudayar Yusifzadənin ailəsini ziyarət ediblər

Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra Aparatının və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qardaş Türkiydən gələn qonaqlarla- ASİMDER təmsilçiləri İrfan Ermiş , Mete Çakı, Huseyin Ali Yücəl və Vətən Müharibəsi qazilərilərlə birgə Bərdə rayonunda Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin ailəsini ziyarət ediblər.

DAK rəsmisə Vətən Müharibəsi zamanı Azərbaycanın igid oğullarının və şəhid Xudayar Yusifzadənin qəhramanlığından danışaraq qeyd edib ki, Şəhid Xudayar Yusifzadənin unudulmaz ifası ilə ikinci həyat verdiyi mahnıda azadlıq duyğusu, vətən sevgisi daha qabarıq şəkildə əks olunub və o bu mahnı ilə Vətənə məhəbbət hissini daha da gücləndirdi.

QHT.az  bildirir ki, bu barədə Həmçinin DAK təmsilçisi bildirib ki, İkinci Qarabağ Savaşı bir qəhramanlıq, şücaət və vətən sevgisi salnaməsidir. Həmin salnaməsini şəhidlərimiz qanlarıyla yazdılar. Canlarını Vətən torpağına qurban verməklə bu torpaqların müqəddəsliyinə, heç kimə verilməyəcəyinə əminlik nümayiş etdirdilər

.

Fotolar