28 Mart 2024

Agentlik 2023-cü ildə nəzərdə tutulan qrant müsabiqələrinın mövzularını müzakirə edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.
QHT.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair hesabatı” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-ci il Fəaliyyət Planı” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-ci il üzrə maliyyə planlaşdırması və büdcəsi” layihəsi haqqında; “Agentliyin səfər qrantlarının verilməsi Qaydaları” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin maliyəlləşdirdiyi qrant layihələri çərçivəsində xarici ölkələrdə təşkil olunan tədbirlərə dair Təlimat” layihəsi haqqında (ikinci müzakirə); “Agentliyin 2023-cü ildə nəzərdə tutulan qrant müsabiqələrinın mövzuları” layihəsi haqqında; Agentliyin İcraçı direktorunun təqdimatı haqqında məsələlər müzakirə edilib.


Gündəlikdə duran məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Fotolar