27 İyul 2024

Daha 30 ailə Füzuli şəhərinə qayıtdı

Füzuli şəhərinə köçən daha 30 ailəyə (104 nəfər) evlərinin açarları təqdim edilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Bununla da Füzuli şəhərində 500 ailə olmaqla, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***

Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınan 30 ailədən ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bu gün Füzuliyə 104 nəfər keçmiş məcburi köçkün qayıdıb.//Report