08 Sentyabr 2024

Co Bayden: “Çin elə bilir ki ABŞ-ı 2035-ci ilə qədər ələ keçirə bilər”

ABŞ prezidenti Co Bayden Çinin 15 il ərzində Amerikanı ələ keçirməkdə qərarlı olduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barəə “NY Post” qəzeti məlumat yayıb.
Birləşmiş Ştatların dövlət başçısı bu maraqlı bəyanı hərbçilər qarşısında səsləndirib.

“Biz demokratiya və avtokratiya arasında gedən döyüşün ortasındayıq. Dünya mürəkkəbləşdikcə demokratiyalar üçün birləşmək və konsensusa gəlmək daha da çətinləşir”, – deyə Co Bayden Virciniya ştatındakı hərbi bazada nitq söylərkən deyib.

“Mən Çin prezidenti Si Tzinpinlə bütün dünya liderlərindən daha çox görüşmüşəm. O, 2035-ci ilə qədər Çinin ABŞ-ı ələ keçirəcəynə əminliyini ifadə edir. Çünki onun fikrincə, avtokratiyalar demokratik rejimlərədn daha çevik qərar qəbul etməyə qadirdirlər”, – deyə dövlət başçısı bildirib.

Co Baydenin sözlərinə görə, Konqres ABŞ-ın elmi-texniki sektorda rəqabət qabiliyyətini artırmaq üçün ciddi qanun layihələri hazırlayır. Bundan başqa o, COVİD-19 virusunun haradan qaynaqlandığı ilə bağlı axtarış tədiblərinin gücləndiriləcəyinin vədini verib.